Eyakulyasiya

Kişi cinsiyyət orqanlarının quruluşu

Eyakulyasiya (lat. ejaculatio — buraxma, püskürmə; sinonimi — sperm püskürməsi) — cinsi əlaqə və ya onu əvəz edən cinsi fəaliyyət formaları (masturbasiya, minet, sevişmə və s.) zamanı kişilərdə uretradan toxum mayesinin ifrazı. Bu mürəkkəb bir refleks aktdır, mərkəzi onurğa beyninin bel nahiyəsində yerləşir. Bundan əlavə, beynin parasentral lobları boşalma prosesinin tənzimlənməsində müəyyən rol oynayır. Eyakulyasiya və onunla sıx bağlı olan orqazm, sürtünmə zamanı penis stimullaşdırıldıqda, adətən cinsi oyanmanın kəskin artması ilə nəticələnir. Adətən orqazmla müşayiət olunur. Yuxu zamanı spontan baş verə də bilər (pollyusiya). Eyakulyasiyadan sonra penisin spermlə dolması azalmağa başlayır və ereksiya getdikcə zəifləyir.


© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search